İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei: “İranın PUA-ları çox təhlükəlidir”

Əvvəllər deyirdilər ki, İran pilotsuz uçuş aparatlarının şəkilləri fotoşopdur. İndi deyirlər ki, İranın pilotsuz uçuş aparatları çox təhlükəlidir.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün yüksək elmi intellekti və istedadı olan gənclərlə görüşündə deyib.

Ayətullah Xamenei İranın ölkənin elmi uğurları sırasında kosmik peyklərinin olması, Tehran Universitetində insanabənzər robotların hazırlanması, koronavirusa qarşı peyvəndin hazırlanması və s. barədə danışıb.

O, nüvə energetikası sahəsində də ciddi uğurların olduğunu qeyd edib.

“Nüvə sənayesində fundamental məsələləri həll etmişik. Nüvə silahı istəmirik, amma nüvə sənayesinin özünün çoxlu faydası var”, Xamenei deyib.

O həmçinin, İranın raket və dron istehsalındakı uğurlarından danışıb.

“Bir neçə il əvvəl İran pilotsuz təyyarələrinin şəkillərini fotoşop olduğunu deyənlər, indi deyirlər ki, İranın pilotsuz təyyarələri çox təhlükəlidir", - Xamenei deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR