Xalq artisti Mehriban Zəki 26 il əvvəl çəkdirdiyi fotosunu paylaşıb.
Aktrisa fotonu “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
“Bu şəkil 26 il əvvəl çəkilmişdi. Mən “Otel otağı” filminin məşqindən sonra qaçaraq müəllimimə nə etdiyimi, necə etdiyimi danışmışdım. O da çox böyük həvəslə dinləyib, prosesə daha maraqlı detalları əlavə etməyimi demişdi. 13 ildir ki, Vaqif müəllim fiziki dünyada yoxdur. Hər dəfə yeni işimdə onun mənə qürur təbəssümü ilə baxdığını görürəm. Bu şəkildəki kimi. Torpağı behişt olsun”, deyə M.Zəki paylaşımında yazıb.
Həmin fotonu təqdim edirik:
ŞƏRHLƏRŞƏRH YAZ