İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin 92 yaşlı atası HƏBS OLUNUR

Rusiyanın xalq artisti Filipp Kirkorovun atası Bedros Kirkorovu 15 sutkaya qədər həbs gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, xalq artistinin 92 yaşlı atasına ödənilməmiş cərimələrinə görə inzibati iş açılıb.

Məlumata görə, o, bu yaxınlarda sürət həddini 3 dəfə aşaraq 1500 rubl cərimələnib.

Bu günə qədər Bedros Kirkorov cəriməni ödəməyib. İndi onu həbs və ya ikiqat məbləğdə yeni cərimə gözləyir.

Xatırladaq ki, ötən il ifaçının atası prevmoniya xəstəliyindən tam sağalmadan xəstəxanadan qaçmışdı.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR