Onlayn ictimai-siyasi qəzet
Rusiya şou-biznesinin ən çox danışılan cütlüyü Qriqori Leps və Avrora Kiba cəmi bir neçə aydan sonra münasibətlərini rəsmiləşdirəcək.
Müğənni toy tarixini açıqlayıb. O bildirib ki, toyu ad günündə etməyi planlaşdırır. Rus mediası isə onun ad gününün iyunun 16-da olduğunu bildirib. Belə ki, Lepsin iyunun 16-da 19 yaşlı sevgilisi ilə nikah masasına oturacağı deyilib.
"Yaxşı toy olacaq. İstənilən yerdə edilə bilər. İstənilən müqəddəs yerdə planlaşdırırıq. Məsələn, kilsədə, niyə də yox" deyə, Qriqori söyləyib.
Qeyd edək ki, Kiba bir müddət əvvəl ana olmağa hazırlaşması haqda açıqlaması ilə diqqət çəkib. (Axşam.az)
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ