İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti danışdı: "Teatrdan çıxıb alver etdim, konyak alıb..."

Xalq artisti Qurban İsmayılov MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olub.

Qurban İsmayılov sənətdə qarşılaşdığı çətinlikdən danışıb: "Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm. Teatrdan çıxıb, alver etdim. Ukraynada yaşayan qohumuma zəng vurdum ki, bunun üçün nə lazımdır? Dedi, konyak varsa, onu al gətir. Konyak aparmaq isə qadağan olunmuşdu. Risk etdim, 40 konyak alıb getdim. Bileti səhv alıb başqa qatara mindim. Orda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, o pula uşaq kalqotqaları aldım ki, satım. Heç o da satılmadı, pul çıxmadı".

Aktyor zərərli vərdişindən də danışıb: "Çox içki içən olmuşam. Peşə məktəbində oxuyurdum, yataqxanada qalırdım. Elə də pulumuz yox idi. Dostlarla daha çox yeyirdik, nəinki içirdik. Bu da 27 il əvvələ kimi davam etdi. İnstitut vaxtı eşidirdik ki, böyük aktyorlar içən olur. Axı, bizim də böyük aktyorlarımız içirdi. Düşünürdük ki, içəndə yaxşı olur, daha böyük aktyor olmaq olar. İçib, sənətdən danışırdıq.

Amma müəyyən müddət keçir ki, bədən dözmür. Az qala həyatla vidalaşırdım, təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar. Bu, mənim 3-cü həyata gəlişim sayılır. Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı oldu. Hələ uşaq vaxtı bibim həyətdə iş görəndə dərin quyuya da düşmüşəm".

Aktyor onu da deyib ki, həyatda ən çox əlacsızlıqdan qorxur: "Həyatda ən çox əlacsızlıqdan qorxaram. Kiməsə ağız açmaq olar, ayıb deyil ki. Amma bir də var ki, əlacsızsan. Ağız açmağa da adam yoxdur. Hər yerdən ümidin qırılıb, bu çox pis şeydir" /Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR