İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazdakı cinayətin DETALLARI - YENİLƏNİB

Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.

Belə ki, 41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.

İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.

Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.

Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

----------------
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Hadisənin təfərrüatı araşdırılır. (Unikal)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR