Onlayn ictimai-siyasi qəzet
Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.
Bu barədə Musavat.com-a DİN-nin Mətbuat Xidmətindən bildirilib.
Araşdırma aparılır.
****
Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Musavat.com-a bildirilib ki, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ