İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda ağaclar tələf olur - Sakinlər ayağa qalxdı - FOTO

Ötən ay Xaçmaz rayonunun Nabran qəsəbəsində kəpənəklərin kütləvi şəkildə ağaclara hücum etməsi barədə xəbər vermişdik. Həmin vaxt ağacların üzləşdiyi təhlükə barədə adiyyəti qurumların tədbir görəcəyinə ümid edirdik.

Lakin BAKU.WS-in redaksiyasına daxil olan yeni müraciət bunun əksi olduğunu göstərib. Belə ki, Xaçmaz rayonunda kəpənəklərin meşəlik ərazilərdə ağacları qurutması öz əksini tapıb.

Bu dəfə Xaçmaz rayonunun Şimali kəndinin sakinləri bildiriblər ki, kəpənəklərin ağaclara darışması onların məhvi ilə nəticələnir. Son 3 il ərzində meşəlik ərazidə xeyli sayda ağac tələf olub.

Sakinlər narahatdır ki, əgər vəziyyət belə davam edərsə, 5 ildən sonra sağlam ağaca rast gəlmək mümkünsüz olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR