İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçikyandan Paşinyanla bağlı HİDDƏTLİ ÇIXIŞ

“Paşinyan iqtidarı Qarabağda olduğu kimi, Sünikin də əhəmiyyət dərəcəsini aşağı salmağa başlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia Stenford Universitetinin siyasi elmlər doktoru, erməni revanşist ekspert Artur Xaçikyan tərəfindən gəlib.

Xaçikyan Azərbaycanla nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin özəl şirkətə həvalə edilməsinin mümkünlüyü barədə xəbərlərə bu cür izahat tapıb.

“Belə addımların ölkənin suverenliyinin təmin edilməsi ilə heç bir əlaqəsi yoxdur. Bu o deməkdir ki, Ermənistan suveren ölkə deyil. Putinin Azrəbaycana səfər etməsi, rəsmi Bakı ilə Ermənistanın gələcəyini müzakirə etməsi və bu barədə Ermənistan rəhbərliyinə məlumat verəcəyini deməsi onu göstərir ki, bizim (Ermənistanın - red.) artıq heç bir əhəmiyyətimiz yoxdur. Bizim bilavasitə maraqlarımıza toxunan məsələlər arxamızdan həll olunur”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR