Onlayn ictimai-siyasi qəzet
Madrid "Real"ının yeni baş məşqçisi Xabi Alonso komandanın hücum xəttindəki əsas fiqurlardan sayılan Kilian Mbappe və Vinisius Juniorla bağlı qərar verib.
İspan çalışdırıcı iki hücumçunun yer alacağı taktiki sxemə üstünlük verəcək.
O, "Kral klubu"nda 5-3-2 və 4-4-2 sxemlərini tətbiq edəcək. Belə olan halda, yeni baş məşqçi ön xətdə Kilian Mbappe - Vinisius Junior tandemini oynayadacaq.
Digər hücumçu Rodriqonun isə komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Alonso "Real"da işinə iyunun əvvəllərində - klublararası dünya çempionatının startı ərəfəsində başlayacaq. (Offsideplus.az)
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ