Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Cəza İcra Xidmətinin (FSİN) əməkdaşlarına Ukraynalı əsirlərə qarşı məhdudiyyətsiz zorakılıq tətbiq etməyə icazə verilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Mənbələr bildirir ki, 2022-ci ildə müharibə başladıqdan bir neçə həftə sonra FSİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə rəhbəri İqor Potapenko xüsusi təyinatlı qüvvələrə müraciətində "Amansız və qəddar olun, onlara rəhm etməyin" sözlərini işlədib.
O, Ukraynalı əsirlər üçün yeni bir sistem yaradıldığını və onların adi məhbuslar üçün qüvvədə olan qaydalardan kənar tutulduğunu vurğulayıb. Həmçinin, əsirlərə qarşı zorakılıq tətbiqinə heç bir məhdudiyyət qoyulmadığını və həbsxana əməkdaşlarının üz kamerası taxma öhdəliyinin aradan qaldırıldığı qeyd olunur.
Jurnalistlərin araşdırmasına görə, bənzər göstərişlər Rusiyanın digər bölgələrindəki xüsusi təyinatlı FSİN bölmələrinə də verilib.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ