Onlayn ictimai-siyasi qəzet
Dünyada ən çox istifadə olunan “WhatsApp” mesajlaşma proqramında artıq mesajlara istənilən emoji ilə reaksiya bildirmək mümkün olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Meta şirkətinin sahibi Mark Zukerberq “Facebook” hesabında məlumat yayıb.
Yeni funksiyanın yaxın günlərdə istifadəçilərin ixtiyarına verilməsi gözlənilir.
Qeyd edək ki, hazırda tətbiqdə 6 reaksiya emojisi aktivdir. Hər hansı mesaja reaksiya bildirmək üçün seçilmiş ismarıca klikləyib bir neçə saniyə gözləmək lazımdır. Bu halda sizin qarşısınıza 6 emoji çıxır. Yeniliyin gəlməsi ilə bu reaksiyaların yanında “+” işarəsi mövcud olacaq. Həmin işarəyə klikləməklə siyahıdan istədiyiniz smayliki əlavə edə biləcəksiniz.
Toğrul İSMAYIL,
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ