Onlayn ictimai-siyasi qəzet
Türkiyədə polislər tərəfindən həyata keçirilən iş çərçivəsində Antalyada bir nəfərin özünü həkim kimi təqdim etdiyi müəyyən edilib.
News24.az NTV-yə istinadən xəbər verir ki, həmin şəxsin yaşadığı ünvanda gözəllik salonu adı altında və VİP avtomobilində səyyar botoks, liposaksiya, üzün cavanlaşdırılması və dişlərin ağardılması kimi prosedurları yerinə yetirərək insan sağlamlığına təhlükə yarada biləcək fəaliyyətlə məşğul olduğu müəyyən edilib.
Qruplar tərəfindən həyata keçirilən əməliyyatda qeydiyyatı olmayan cihazlarla özünü həkim kimi təqdim edən, evində, VIP avtomobilində əməliyyat keçirən Raşit G. , icazəsi və təlimi olmadan VIP avtomobilində yaxalanıb.
Qeyd edək ki, şübhəlinin VIP avtomobilinə edilən axtarış zamanı onun bazar dəyərinin 2 milyon 500 min TL ətrafında olduğu təxmin edilən açaqmal yolu ilə gətirilən botoks tibbi dərmanlar, şprislər və dövlət qeydiyyatı olmayan tibbi cihazlar ələ keçirilib.
Saxlanılan şəxs polis bölməsinə aparılıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ