Onlayn ictimai-siyasi qəzet
Braziliyalı futbol əfsanəsi Ronaldinyonun Bakıya səfəri, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu səfərin təşkilatçısı isə SOCAR-ın sabiq vitse-prezidenti, hazırda iş adamı kimi fəaliyyət göstərən Adnan Əhmədzadədir.
Adnan Əhmədzadə kimdir?
Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2006-2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş meneceri vəzifəsini icra edib. 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin edilib. 2023-cü ildən etibarən ABDA Invest Holding-in təsisçisi və sədridir. 
Ronaldinyonun Bakıya səfəri
Ronaldinyonun Bakıya səfəri zamanı onun Adnan Əhmədzadəyə məxsus təyyarə ilə gəldiyi və bu anların sosial mediada geniş yayıldığı bildirilir. Səfərin məqsədi Azərbaycanın beynəlxalq arenada tanıdılması və ölkəmizin müsbət imicinin formalaşdırılması olub.
Sosial media paylaşımları
Sosial mediada yayılan videolarda Ronaldinyonun Bakıya gəlişi və şəhərdəki fəaliyyəti əks olunub. Bu paylaşımlar qısa zamanda geniş izləyici kütləsi toplayıb və Azərbaycanın tanıtımına töhfə verib.
Adnan Əhmədzadənin təşəbbüsü ilə həyata keçirilən bu səfər, Azərbaycanın dünyaca məşhur simalar vasitəsilə beynəlxalq arenada tanıdılması istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirilir.
SOCAR-ın sabiq vitse-prezidenti hazırda xarcdə yaşayır, iş adamı statusundadır və Azərbaycanın dünyaca məşhur ünlülər arasında imicini yüksəldir, futbol ulduzları vasitəsi ilə ölkəmizin dünya çapında pozitiv tanıtımını yapır.
Adnan Əhmədzadə Lionel Messi ilə
Adnan Əhmədzadə “Barselona” klubunun prezidenti Joan Laporta ilə
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ