Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evdə daimi yaşamaq istəmir.
Musavat.com xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, Melaniya, ərinin ikinci prezidentlik dövründə daha müstəqil bir həyat sürməyi planlaşdırır və Ağ Evdə birinci xanım Cill Bayden ilə simvolik görüşə belə qatılmayıb.
Çox güman ki, Melaniya Tramp ərinin andiçmə mərasimindən sonra Floridadakı şəxsi iqamətgahında daha çox vaxt keçirəcək. Son dörd ildə orada öz həyat tərzinə uyğun bir şərait yaradıb və dostlar tapıb.
Melaniya, ərini mühüm tədbirlərdə müşayiət etməyi planlaşdırsa da, əsasən Floridada yaşayacaq və birinci xanım olaraq öz prioritetlərini irəlilətməyə davam edəcək.
Donald Tramp isə əvvəlki kimi qış aylarında Mar-a-Lago (Florida) iqamətgahında, yayda isə Bedminster (Nyu-Cersi) qolf klubunda dincələcək. Onun andiçmə mərasimi 2025-ci ilin 20 yanvarında olacaq.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ