Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin komandası - "Boluspor" Türkiyə 1-ci liqasında 34-cü turun oyununa çıxıb.
Bolu təmsilçisi "Çorum"u 2:1 hesabı ilə yenib.
Vüsal bu matçı ehtiyat oyunçular skamyasından izləyib.
Əzmkar qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Boluspor" mövsümü 7-ci pillədə başa vurub. Bununla da sözügedən kollektiv Super Liqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq.
Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.
Qeyd edək ki, 1-ci liqada lider olan "Eyüpspor" və 2-ci yeri tutan "Göztepe" Superliqaya birbaşa vəsiqə qazanıblar. (fanat.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ