İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Səfərli ilə ittiham olunan baş memarla bağlı QƏRAR

Jurnalistlər üçün tikilmiş binaların baş memarı Telman Tahirovun barəsindəki qərar dəyişib.

Musavat.com xəbər verir ki, Telman Tahirovun azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaq) vaxtından əvvəl azad edilməsi barədə müraciətinə baxılıb.

Qərara əsasən, Telman Tahirovun müracəti təmin edilib və azadlığın məhdudlaşdırılması cəzasından vaxtından əvvəl azad olunub. Onun gəzdirdiyi elektron qolbaq açılıb.

Telman Tahirov ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdi.

Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılmış, saxlanılanlara Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan olunmuşdu. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Telman Tahirov barəsində azadlığın məhdudlaşdırılması və digər təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəzalar tədbiq olunub.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR