Onlayn ictimai-siyasi qəzet
"Buradan, milyonların önündə kişi sözü verirəm ki, 30 ildir çəkdiyim siqaretlə əbədi sağollaşıram".
Musavat.com bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi bildirib ki, bu gündən etibarən siqaret çəkməyə son qoyur:
"Günə 3 paket çəkirdim. Bütün həyatımı və xüsusən də səsimi məhv etmişdi, siqaret zəhrimarı. Bitdi artıq! Namusum və şərəfim üzərində and içib söz verirəm qarşısınızda, başqa cürə mən bu andırı tərgidə bilməzdim. Siqaret, qəlyan ümumiyyətlə, tütünlə bağlı nə varsa, heç nə ola bilməz artıq həyatımda".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ