Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı ehtimal olunan prezident seçkilərinə qatılacağı təqdirdə öz siyasi komandasını formalaşdırmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Intelligence Online” saytı məlumat yayıb.
Məlumata əsasən, Zalujnının bir neçə yüksək vəzifəli tərəfdaşına gələcəkdə deputat mandatı təklif olunub. Onların adları açıqlanmır.
Valeri Zalujnı 2022–2024-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub və Rusiya ilə müharibənin ilk mərhələsində ölkənin müdafiəsini təşkil edən əsas fiqurlardan biri kimi tanınıb. O, həm orduda, həm də ictimaiyyətdə yüksək nüfuza malikdir. Qərb analitiklərinin fikrincə, Zalujnının siyasətə girişi Ukraynada güc balansını dəyişdirə və prezident Zelenskiyə real rəqib yarada bilər. Valeri Zalujnı hələlik seçkilərdə iştirak niyyətini açıq şəkildə bəyan etməsə də, onun ətrafında siyasi aktivlik getdikcə artır.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ