İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyada pişik və itlər üçün “şərab” istehsal olunur

Yeni Zelandiyanın Muttley’s Estate şirkəti ev heyvanları üçün xüsusi “şərab” istehsal etməyə başlayıb.

Musavat.com xəbər verir ki, spirt yerinə pişik nanəsi (catnip) dəmləməsi, su və konservantlardan ibarət bu içki heyvanların stresslə mübarizəsinə kömək edir.

Şirkət məhsullarını “Chapawgne”, “Purrno Noir” və “Sauvignon Bark” adları altında təqdim edir. 150 millilitrlik bir butulka təxminən üç porsiyaya bərabərdir və qiyməti 622 rubl civarındadır.

Pişik nanəsi tərkibindəki nepetalakton sayəsində heyvanlarda rahatlıq və xoş əhval yaradır, həmçinin iştahanı və həzmi stimullaşdırır, bəzi hallarda isə həşəratları uzaqlaşdırır.

Müştərilərdən biri “Sauvignon Bark” haqqında bildirib:

“İtim ildırım və yağışlardan çox qorxur. Havanın pisləşəcəyini biləndə ona bu ‘şərabdan’ bir az verirəm — və doğrudan da rahatlaşmasına kömək edir”.

Yeni Zelandiya istehsalçısının bu təşəbbüsü ev heyvanları sahibləri arasında sürətlə populyarlıq qazanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR