Onlayn ictimai-siyasi qəzet
“Siz pəyələr, damında şifer olmayan evlər arzu edirsiz!”
TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının müəllifi olduğu “Canlı debat” verilişində Qarabağda yeni tikilən evlər mövzusu müzakirə olunub. Real sədri Natiq Cəfərli bildirib ki, Avropada, Amerikada səyahət edənlər hazırda Qarabağdakı tikililərin standart ev olmadığının fərqindədir: “Bu, tipik, standart kənd deyil, turizm zonasıdır. Kəndin öz aurası, bulağı, yaşıllığı, yolu-izi var. Bu tikilənlər isə standart evlərdir, kəndlə əlaqəsi yoxdur”.
V.İskəndərov opponentinin bu fikirlərinə “Natiq bəyin sözləri nostaljidir, pəyələr, damında şifer olmayan evlər arzu edir” deyə cavab verib. Real sədri isə öz növbəsində Qarabağda tikilən bəzi ev layihələri ilə bağlı istehza edib: “Bəzi evlər var, baxırsan, yaxınlığında balaca bir toyuq damı düzəldib. Toyuq orda qalmaz axı. Toyuq savadlı, təhsilli biri deyil ki, göstərişlə, təlimlə göstərilən yerdə qalsın. O layihəni ingilisdilli məzunlar, Oksfordu bitirən gənclər hazırlayıb. Deyirlər ki, toyuğa deyəcəyik, 3 yumurta yumurtla, o da yumurtlayacaq. Elə olmayacaq”.
V.İskəndərov isə artıq dünyada da kəndlər artıq müasir tipli qəsəbə formasındadır. Onun sözlərinə görə, orda yeni texnologiyalar işləyir: “Biz də dünya standartlarına uyğunlaşırıq. O kəndə gələn adam malı-toyuğu, arısı da olsun istəyirsə, bunu quracaq. Ona əlavə sahə də ayrılacaq”.
Söhbətin videoversiyasını aşağıdakı link vasitəsilə izləyə bilərsiz.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ