İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramovun Füzulidə seçiciləri ilə növbəti görüşü - FOTO

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Füzuli rayonu İkinci Zobucuq qəsəbəsinin sakinləri ilə keçirilib.

Musavat.com xəbər verir ki, qəsəbə ziyalısı Tərlan Süleymanov çıxış edərək namizədin seçicilər ilə müntəzəm işi və dövlətçi mövqeyi ilə islahatlara dəstək olmasından danışıb.

Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov isə namizədin şəhid ailələrinə daimi qayğı və diqqət göstərməyə çalışdığını bəyan edib.

Vüqar Bayramov çıxışı zamanı Zobucuq qəsəbəsi daxil olmaqla Füzuli sakinləri ilə VI Çağrış Milli Məclisdə təmsilçiliyi dövründə keçirdiyi görüşlər və həllinə dəstək olmağa çalışdığı məsələlər barədə məlumat verib.

Qəsəbə sakinləri onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini səsləndirib və qeydlərini bölüşüblər. Sakinlər namizədə müntəzəm görüşlərə görə təşəkkürlərini bildiriblər.

Daha sonra sakinlər fərdi şəkildə öz qayğılarını və fikirlərini bölüşüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR