İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov Şəhidlər Parkı ilə bağlı Baş nazirə müraciət etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2021-ci illik fəaliyyət hesabatı müzakirəsi zamanı çıxış edən deputat Vüqar Bayramov Baş nazirə müraciət etdi.

O, hökumət başçısından Füzuli rayonu Böyük Bəhməmli kəndində Şəhidlər Parkının yenidən qurulması ilə bağlı dəstək olmasını xahiş edib.

Deputat bildirdi ki, Böyük Bəhmənli kəndi Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir və həmin kənddə Şəhidlər Parkının yenidən qurulmasına ehtiyac var.

Deputat bu məsələnin həllinə hökumətin dəstək olmasını xahiş edərək qeyd etdi ki, bununla bağlı ona çoxlu müraciətlər olur.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR