İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: “Bu dəyişikliklərin qəbulu gələn ildən bütün əmək pensiyalarını 14 faiz artıracaq”  

 

Milli Məclisin bu günki plenar iclasında “Əmək Pensiyaları” haqqında qanuna edilən dəyişikliklərin müzakirəsi zaman çıxış edən deputat Vüqar Bayramov bildirdi ki, layihənin qəbulu gələn ildən bütün əmək pensiyaçılarının pensiya məbləğlərinin orta hesabla 14 faiz artmasına imkan verəcək.

Musavat.com xəbər verir ki, millət vəkili dedi ki, yeni təkliflər iki mühüm istiqaməti əhatə edir: Maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması.

V.Bayramovun sözlərinə görə, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:

“Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar orta hesabla 14 faizə indeksasiya olunacaq”.

V.Bayramov layihənin daha da təkmilləşdirilməsi üçün bir sıra təkliflərini də irəli sürüb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR