İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladislav Şurıgin: İrəvanın Bakıya təsir etmək üçün heç bir vasitəsi yoxdur

Xəbər verildiyi kimi, Ermənistan BMT Təhlükəsizlik Şurasına guya “Qarabağın blokadası” səbəbindən humanitar vəziyyətin pisləşməsi” ilə bağlı” növbədənkənar iclas çağırmaq tələbi ilə müraciət edib.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, siyasi ekspert Vladislav Şırıgin bunu əbəs hesab etdiyini bildirib.

“Bu bəyanat onu göstərir ki, Ermənistanın Azərbaycanı BMT tribunasında şikayət etməkdən başqa heç bir vasitəsi qalmayıb. Açığı, bu, uduzulmuş müharibənin qisasıdır və İrəvanın yeganə ümidi beynəlxalq ictimaiyyəti Bakıya qarşı çevirməyə qalıb. Onun başqa planı da yoxdur. Ermənistan heç bir müqaviləni poza və heç bir sazişdən çıxa bilməz, çünki onun Rusiyadan başqa heç bir təminatçısı yoxdur. Ermənistan bütün imzalanmış sənədləri ləğv etsə, bununla Qarabağın hərbi yolla həlli üçün Azərbaycanın əl-qolunu açacaq və Rusiya sülhməramlılarını regionda qanuni qalmaq hüququndan məhrum edəcək. Ona görə də Ermənistanın belə bir diplomatik demarşı beynəlxalq ictimaiyyətin diqqətini erməni probleminə cəlb etmək cəhdindən başqa bir şey deyil”, - deyə, Şurigin bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR