İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev Ermənistanın təcavüzü ilə bağlı Almaniya mətbuatında çıxış edib

Milli Məclis Sədrinin müavini Adil Əliyev Almaniya mətbuatında Azərbaycanın beynəlxalq arenadakı fəaliyyəti, ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslər, eləcə də Ermənistanın təcavüzkarlıq siyasəti ilə bağlı çıxış edib.

Musavat.com xəbər verir ki, məqalədə vitse-spiker Ermənistanın Cənubi Qafqazda sülhün qarşısında ən böyük maneə olmasını qeyd edərək, mütəmadi olaraq təxribatlar törətmisini bildirib.

Ermənistanın Azərbaycanın tarixi torpaqlarını 30 ilə yaxış işğal altında saxlamasını, qəbul edilmiş dörd BMT qətnaməsi olsa da Ermənistanın beynəlxalq hüququ pozmasını qeyd edib.

Daha sonra 2020-ci ilin 27 sentyabrında başlanmış 44 günlük müharibə zamanı Azərbaycanın tarixi qələbəsindən bəxş edən Sədr müavini, Ermənistanın təslim olmasını ölkəmizin qəbul etdiyini və üçtərəfli Sazişin imzalanmasını bildirib. Təəssüf ki, Ermənistanın üzərinə götürmüş olduğu öhdəlikləri icra etməməsini, əksinə təxribatlar törətməsini və bununla da sülhün qarşısındakı ən böyük əngəl olmasını, revanşist hislərlə hərəkət etməsini qeyd edib. Eləcə də, Ermənistanın mina xəritələrini verməməsini, üçtərəfli bəyanatdan sonra Ermənistanda istehsal edilmiş minaların Azərbaycan ərazilərində basdırılmasını, bununla da hərbi qulluqçu və mülki Azərbaycan vətəndaşlarının bu minaların qurbanına çevrilməsi bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR