İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Orbanın şərfi 3 ölkədə çaxnaşma yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın şərfi Avropa ölkələrində, xüsusilə Rumıniya və Ukraynada çaxnaşma yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə “index.hu” portalında məlumat yayılıb.

Xəbərdə şərfin ən çox Rumıniya və Ukraynanı qəzəbləndirdiyi vurğulanır.

Qeyd edək ki, Orban Yunanıstanla oynanılan futbol matçına “Böyük Macarıstan” xəritəsi təsviri olan şərflə çıxıb. Xatırladaq ki, 1920-ci ildən əvvəl hazırda Rumıniya, Xorvatiya, Slovakiya, Serbiya, Avstriya, Ukrayna kimi dövlətlərin ərazilərinə daxil olan torpaqlar vaxtilə Macarıstanın tərkibində olub.

Rumıniya Xarici İşlər Nazirliyi Macarıstanın Buxarestdəki səfirinə “qətiyyətli narazılıq” notası göndərib. Rumıniya rəsmiləri Macarıstanın baş nazirinin jestinin iki ölkə arasındakı əməkdaşlığa zidd olduğunu vurğulayıblar. Rumıniya Xarici İşlər Nazirliyi revizionizmin bütün formalarının qəbuledilməz olduğunu və reallıqla ziddiyyət təşkil etdiyini bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko isə feysbukda Viktor Orbanın şərfinə görə Macarıstanın Kiyevdəki səfirinə zəng edəcəyini yazıb. Onun sözlərinə görə, revizionizm təbliğatı Macarıstan-Ukrayna münasibətlərinin inkişafına töhfə vermir və Avropa siyasətinin prinsiplərinə uyğun gəlmir.

Yalnız Xorvatiya prezidenti Zoran Milanoviç Orbanın şərfinə bu cür münasibət bildirib: “Mən buna ancaq gülə bilərəm. Macarıstan hələ də qonşu ölkələr arasında ən yaxşısıdır”.

Xorvatiyanın baş naziri başqalarının şərfləri ilə məşğul olmaq istəmədiyini söyləyib. Xorvatiyaya qarşı ərazi iddialarına gəlincə, o, bunu qəbuledilməz və qeyri-mümkün adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR