İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa qaçqınların qəbulunu müvəqqəti dayandırmaq niyyətindədir

Polşanın baş naziri Donald Tusk qaçqınlara sığınacaq hüququ verilməsini müvəqqəti dayandırmaq planlarını açıqlayıb.

Musavat.com BBC-yə istinadla xəbər verir ki, Tuskun sözlərinə görə, bu qərarın səbəbi Belarus və Rusiyanın dəstəyi ilə insanların daşınmasıyla məşğul olan qaçaqmalçılar tərəfindən sığınacaq hüququndan sui-istifadə edilməsi olub.

2021-ci ildən Polşada əsasən Yaxın Şərq, Afrika və Asiyadan olan və Belarus ərazisi ilə, qeyri-qanuni yolla ölkəyə daxil olan insanların sayında kəskin artım müşahidə olunur. Varşava Belarus və Rusiyanı blokda sabitliyi pozmaq üçün Avropa İttifaqına miqrant axını göndərməklə “hibrid müharibə”də iştirak etməkdə ittiham edib. Hər iki ölkə bunu inkar edir.

Qeyri-qanuni miqrasiya ilə mübarizə üçün yeni miqrasiya strategiyası bir neçə gündən sonra hökumət tərəfindən təqdim olunacaq. Tusk qərarını Aİ-yə izah etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR