İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyaya yerləşdiriləcək üç Qərb silah sistemi Rusiyaya zərbə vura bilər-SENSASİYA  

"Tagesschau" nəşrinin məlumatına görə, Almaniyada 2026-cı ildə yerləşdirilməsi planlaşdırılan üç Qərb silah sistemi Rusiya ərazisinə zərbə endirə bilər.

Musavat.com xəbər verir ki, məqalədə bildirildiyinə görə, ABŞ-ın orta mənzilli silahlarının 2026-cı ildə Almaniyada yerləşdirilməsi gözlənilir. "Yerləşdiriləcək üç silah sistemi Rusiya ərazisinə çatmaq gücünə malikdir. Onlardan bəziləri nüvə silahı ilə təchiz oluna bilər", – deyə məqalədə qeyd olunur.

Bu qərar Almaniyada ciddi narazılıqla qarşılanıb. Bundestaqın üzvü Rolf Mützenix hərbi eskalasiyanın təhlükəsi barədə xəbərdarlıq edib, deputat Ditmar Barç isə bu addımı "dəhşətli" adlandıraraq, ABŞ-la olan müqavilənin ləğvini tələb edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR