Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" üçün çox çətin oyun keçəcək”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.
O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” - “Qarabağ” matçını dəyərləndirib. Rzayev sözlərinə görə, hamı Azərbaycan çempionundan yeni tarix yazmalarını gözləyir: "Oyunun gedişatından hər şeyin çox fərqli olacağı görünür. "Qarabağ"ın mərhələ keçəcəyinə inanmıram. Çünki rəqib "Bayer"dir. Almaniya çempionatının lideridir. Amma hər bir halda, “Qarabağ”dan qələbə gözləyirik. Düzdür, səfərdə hansısa bir müsbət halın olacağı inandırıcı gəlmir. Fikrimcə, Avropa Liqasının favoriti "Bayer" və "Liverpul"dur”.
Qeyd edəki, “Bayer” - “Qarabağ“ qarşılaşması bu gün Bakı vaxtı ilə 00:00-da Liverkuzendə “BayArena”da start götürəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ