İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski-Putin görüşü daha tez baş tutacaq – Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ABŞ-ın iştirakı ilə üçtərəfli görüş çərçivəsində danışıqların nisbətən tezliklə baş tutacaq.

Musavat.com xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib: "Bilmirəm, daha tezliklə. Biz bu və ya digər şəkildə bu məsələni həll edəcəyik, lakin nisbətən tezliklə".

Trampdan növbəti mərhələnin ABŞ ilə üçtərəfli sammit olub-olmayacağına aydınlıq gətirməsi istənilib: “Danışıqlar olacaq, onları sammit və ya sadəcə görüş adlandırın, fərqi yoxdur”.

Trampın fikrincə, Rusiya Putin və Vladimir Zelenski arasında yaranmış son dərəcə yüksək düşmənçiliyə görə Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün danışıqları özü aparmalı olacaq: “Zelenski ilə Putin arasındakı nifrət anlaşılmazdır. Düşünürəm ki, bütün söhbətləri mən etməliyəm. Onlar bir-birinə nifrət edirlər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR