İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də xəbər agentliyinin avtomobilini yandırmağa cəhd edən iki nəfər həbs edilib

Hüquq-mühafizə orqanları Amerikanın Solt-Leyk Siti şəhərində xəbər agentliyinin avtomobilinin altına yandırıcı qurğu yerləşdirən iki nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə KUTV telekanalı məlumat yayıb

Solt-Leyk Şəhər Polis İdarəsi və yanğınsöndürənlər avtomobilin altında şübhəli cihazın olması barədə məlumat alıblar. Onun xəbər agentliyinin maşınının altına yerləşdirilmiş yandırıcı qurğu olduğu ortaya çıxıb.

Qeyd olunub ki, qurğu aktivləşdirilsə də, işə düşməyib.

Hadisəni araşdırmaq üçün gətirilən Federal Təhqiqat Bürosu iki nəfəri saxlayıb. Onların evinə baxış zamanı partlayıcı maddələr, silahlar və narkotik vasitələr aşkar edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR