Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilərək qəbul olunub.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, öz arzusu ilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək.
Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ