İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vətən müharibəsində Ermənistan azərbaycanlı hərbçilərin meyitləri ilə xüsusi qəddarlıqla davranıb"

“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin meyitlər üzərində xüsusi qəddarlığın, amansız rəftar əlamətlərinin, bir neçəsinin diri-diri boğazının, qulaq seyvanlarının, burunlarının kəsilməsi, üz dərisinin soyulmasının şahidi olmuşuq”.

Musavat.com report-a istinadən xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır:

“Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR