İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısı faciəli şəkildə ÖLDÜ

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadla bildirir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Mirzəyev Racim Çingiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü R.Mirzəyev hadisə yerində həyatını itirib.

R. Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə" ,"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR