İnsanlara hürriyət, millətlərə istiqlal!

Vensin açıqlaması Qrenlandiya ilə bağlı narahatlıqları azaltdı

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Qrenlandiyadakı hərbi bazada çıxışı zamanı adanın gələcəyi ilə bağlı qərarın məhz yerli əhalinin öhdəsində olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, bu, Qrenlandiyada böyük rahatlıqla qarşılanıb. Vensin çıxışı Qrenlandiya cəmiyyətində narahatlığı azaldıb.

Sermitsiaq qəzetinin baş redaktoru Maasana Egedenin sözlərinə görə, insanlar Vensin daha sərt mövqe sərgiləyəcəyindən ehtiyat edirdilər:

"Biz Qrenlandiyada onun nə deyəcəyindən çox narahat idik. O, daha çox müstəqil tərəfdaşların iqtisadiyyatı inkişaf etdirməsinin vacibliyindən danışdı. Biz isə Qrenlandiyanın ilhaqı və ya başqa oxşar məsələlərdən bəhs edəcəyindən qorxurduq”. 

Eyni zamanda, Vensin çıxışında Danimarkaya qarşı sərt ritorikadan istifadə etməsi diqqət çəkib. Berlingske qəzetinin beynəlxalq analitiki Kristian Mauritsen onun nitqini "Danimarkaya qarşı birbaşa hücum" kimi qiymətləndirib. Ekspert hesab edir ki, iyunda keçiriləcək NATO sammitində Kopenhagendən Vaşinqtonla münasibətləri bərpa etmək üçün ciddi addımlar gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR