Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə bu ölkələrin mallarına 35 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib.
Musavat.com xəbər verir ki, o, bunu CNBC telekanalına müsahibəsində deyib.
Tramp Aİ ilə qarşılıqlı əlaqə mexanizmini belə təsvir edib:
"Yaxşı, o zaman 35 faiz rüsum ödəyəcəklər. Tarifləri aşağı saldılar, 600 milyard dollar ödədilər və buna görə də mən onların rüsumlarını 30 faizdən 15 faizə endirdim".
O, Avropa İttifaqından alınan vəsaitlərin kredit olmadığını vurğulayıb:
"Onlar mənə 600 milyard dollar verdilər və bu, hədiyyədir. Yeri gəlmişkən, bu, kredit deyil. Qaytarılacaq heç nə yoxdur. Bizə 600 milyard dollar verdilər ki, hara istəsək, investisiya edə bilərik".
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Tramp iyulun 27-də avqustun 1-dən ABŞ-a idxal edilən Avropa mallarının təxminən 75 faizinə 15 faiz rüsum tətbiq edilməsi barədə razılığa gəliblər. Bunun müqabilində AK Rusiyanın istənilən növ enerji resurslarının tədarükünü tamamilə qadağan edəcəyini və 750 milyard dollara Amerika nefti, qazı, nüvə avadanlığı və yanacağını alacağını, həmçinin ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını vəd edib.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ