İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Hindistana  bir sutka vaxt qoydu

ABŞ yaxın 24 saat ərzində Hindistana gömrük rüsumlarını artıracaq.

Musavat.com xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Hindistan Rusiya neftini almağa davam edirsə, ona qarşı addımlar daha sərt olmalıdır:

"Biz 25 faiz ilə razılaşdıq, amma düşünürəm ki, mən rüsumları yaxın 24 saat ərzində əhəmiyyətli dərəcədə artıracağam, çünki Hindistan Rusiya neftini alır".

Tramp vurğulayıb ki, Hindistan Rusiyanın enerji resurslarını almağa davam edərsə, "son dərəcə bədbəxt olacaq".

Amerika lideri tətbiq etdiyi yüksək gömrük rüsumlarına görə "Hindistan ABŞ üçün yaxşı ticarət tərəfdaşı deyil" deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR