İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bundan sonrakı mərhələdə Rusiya tərəfindən təxribatçı addımlar atılacaqsa...”

“Rusiya Cənubi Qafqazı heç cür nəzarətindən kənarda görmək istəmir. Xüsusən, Azərbaycanın apardığı müstəqil siyasət Moskva tərəfindən qəbul olunmur. Buna görə də Rusiyadan belə qıcıqlanmaları görürük”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

ELSAD MUSAYEV.jpeg (249 KB)

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə Rusiya tərəfindən təxribatçı addımlar atılacaqsa, həm Azərbaycan hakimiyyəti, həm də siyasi təşkilatlar, media, QHT-lər və yaradıcılıq təşkilatlarında təmsil olunan şəxslər reaksiya bildirməlidirlər.

Deputat xatırladıb ki, 44 günlük müharibədən sonra rus qoşunları “sülhməramlı” adı altında Azərbaycan ərazisinə yerləşdirilmişdi:

“Özlərini bu ərazilərin sahibi kimi hiss edirdilər. Müxtəlif adamların, o cümlədən Ayvazovskinin heykəlini gətirib yerləşdirmişdilər. Rusların Qarabağdan çıxmaq niyyəti yox idi, lakin Azərbaycan dövləti öz gücünü göstərdi və bundan sonra baş verən proseslər hər kəsə məlumdur. Rusiya qoşunları Qarabağdan çıxmaq məcburiyyətində qaldı. Rusiya dövləti isə Azərbaycan ərazilərindən çıxmaq niyyətinin olmadığını həyasız şəkildə bəyan etdi. Bu cür addımlara qarşı çox sərt mövqe sərgilənməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR