İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela müxalifəti Quaidonun "hökumətinin" ləğvinə səs verib

Venesuela müxalifəti cümə günü keçirilən ikinci dinləmələrdə özünü 2019-cu ildə dövlət başçısı elan etmiş Xuan Quaidonun “müvəqqəti hökuməti”nin ləğvinə səs verib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, 72 nəfər lehinə, 29 nəfər əleyhinə, 8 nəfər isə bitərəf qalıb.

Müxalifət parlamenti Venesuela Milli Assambleyası ilə paralel fəaliyyət göstərir.

İlk müzakirə dekabrın 22-də baş tutub və burada Venesuelanın müxalifət assambleyasının deputatları da özünü elan etmiş hökumətin ləğvinə səs veriblər.

Müxalifət liderləri bildiriblər ki, “müvəqqəti hökumət”in istefası gecikib, çünki struktur zəifləyib və üzərinə düşən vəzifələri yerinə yetirmir.

Qeyd edək ki, Venesuelada 2019-cu ilin əvvəlində Prezident Nikolas Maduronun and içməsindən sonra ona qarşı kütləvi etirazlar başlayıb. Müxalifətin nəzarətində olan Milli Assambleyanın rəhbəri Xuan Quaido özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bir sıra Qərb ölkələri Quaidonu tanıdığını elan edib. Maduro isə parlament başçısını ABŞ-ın əlaltısı adlandırıb. Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu legitim prezident kimi dəstəkləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR