İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuealda 7 terrorçu muzdlu tutulub - Maduro onlardan etiraf gözləyir

Venesuela prezidenti Nikolas Maduro ölkədə terror aktları hazırlamaqda şübhəli bilinən yeddi əcnəbi muzdlunun saxlanıldığını bəyan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Maduro saxlanılanlardan üçünün Ukraynada döyüşüb gəldiyini, ikisinin ABŞ vətəndaşı və ikisinin kolumbiyalı olduğunu bildirib.

Maduro qeyd edib ki, noyabrdan dekabr ayına kimi Venesuela hakimiyyəti 25 müxtəlif ölkədən 125 xarici vətəndaşı oxşar cinayətlərdə şübhəli bilərək saxlayıb.

Prezident deyib ki, son saxlanılanların yüksək səviyyəli muzdlulardır, indiyədək Venesuelada belələri tutulmayıb. O, tutulanların tezliklə hər şeyi etiraf edəcəklərinə əmin olduğunu bildirib.

Dövlət başçısı polis qüvvələrini mümkün qədər ayıq-sayıq olmağa çağırıb, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün xarici təhdidlərə qarşı mübarizənin vacibliyini vurğulayıb.

Ancaq belə anlaşılır ki, Venesuelanın hüquq-mühafizə orqanarının əlində həbs edilənlərin əməllərinə dair yetərli dəlil-sübutlar yoxdur və hər şey saxlanılanların “səmimi etirafı”ndan asılıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR