İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil Elçin Sadıqov həbsdən çıxdı və Əvəz Zeynallı haqda görün nələr dedi - SKANDAL AÇIQLAMALAR (VİDEO)

 

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqov barədə həbs qətimkan tədbirini dəyişdirib və onu ev dustaqlığına buraxıb.

Tanınmış vəkil ilk açıqlamasını "TV Musavat"a, Sevinc Telmanqızının suallarına cavab olaraq, verib.

"Mən istintaqda həqiqəti söyləmişəm, mənim heç bir cinayətim yoxdur", deyən hüquqşünas Əvəz Zeynallı ilə bağlı suallara dəqiq cavab verməyib.

Xatırladırıq ki, Elçin Sadıqov "Xural TV"nin rəhbəri Əvəz Zeynallı ilə birlikdə rüşvət almada şübhəli bilinərək, saxlanmışdı. Əvəz Zeynallının xanımı Məlahət Zeynallı isə iddia edir ki, vəkil Elçin Sadıqov istintaqla anlaşıb, ya da öncədən Ə.Zeynallıya qarşı qurulmuş oyunun içində olub.

Vəkilin bu iddialara verdiyi cavabları diqqətinizə çatdırırıq!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR