İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vəhşi Arman"ın və Kayrat Kudaybergenin işi məhkəməyə göndəriib

Kriminal aləmdə "Vəhşi Arman" kimi tanınan Arman Cumagəldiyev və Kayrat Kudaybergen barəsində başlanmış cinayət işi Almatı şəhərinin  ixtisaslaşdırılmış rayonlararası məhkəməsinə verilib.

Xatırladaq ki, Arman Cumagəldiyev yanvarın əvvəlində Almatıda kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək saxlanılıb.

22 aprel 2022-ci ildə bloger və deputat Kayrat Kudaybergen də yanvar hadisələri ilə bağlı saxlanılıb. Almatı prokurorluğu bildirib ki, deputat kütləvi iğtişaşların təşkilində və hadisələrdə iştirakda şübhəli bilinir. İlkin məlumatlara görə, Kayrat Kudaybergen "vəhşi Arman" kimi tanınan kriminal avtoritetlə birlikdə qanlı yanvarda etirazçıları birləşdirmək üçün başına bir qrup insan toplayıb.

Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev Almatıda yanvar hadisələri zamanı Arman Cumageldiyev və onun əlaltılarının başçılıq etdiyi bir qrup cinayətkarın necə hərəkət etdiyini bildirib.

Ötən ilin yanvarında belə bir məlumat yayılmışdı ki, "vəhşi Arman" etiraz aksiyasında çıxış edib, toplaşanları sakitliyə çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR