Onlayn ictimai-siyasi qəzet
Vatikanın Müqəddəs Pyotr Meydanı və ətraf küçələr bu gün ağuşunu yas içindəki milyonlarla insanla doldurdu.
Musavat.com xəbər verir ki, Katolik kilsəsinin müasir dövrdə ən açıq və ünsiyyətcil simalarından biri olan Papa Fransiskə vida mərasimi keçirildi.
Papa Fransisk dövründə Katolik Kilsəsinin qapılarını daha geniş açaraq həm dünyəvi liderlərlə, həm də sadə kilsə ardıcılları ilə daha yaxın ünsiyyət qurmuşdu. Onun bəzən sərt, bəzən isə səmimi çıxışları zaman-zaman dünya liderləri və kilsə daxilindəki konservativ çevrələr arasında fikir ayrılıqları yaratsa da, Papa Fransisk milyonlarla insanın qəlbində humanizmin və sülhün simvolu kimi qaldı.
Vida mərasimini Kardinal Covanni Battista Re – Kardinallar Kollegiyasının Dekanı idarə etdi. Mərasim Papa Fransiskin tabutunun Vatikanın möhtəşəm bazilikasından Müqəddəs Pyotr Meydanına gətirilməsi ilə başladı.
Dünyanın dörd bir tərəfindən dövlət və hökumət başçıları, monarxlar bu tarixi anı izləmək üçün Vatikana toplaşmışdılar. ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski də vida mərasimində iştirak edən önəmli şəxslər sırasında idi.
Qeyd edək ki, Kardinallar Kollegiyası yaxın zamanda yeni Papanın seçilməsi üçün konklava toplanacaq.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ