İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonunda Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən təşkil olunmuş və 150-yə yaxın qonağın qatıldığı tədbirdə xarici ölkələrin ABŞ-da akkreditə olunmuş (diplomatik nümayəndəliklərinin rəhbərləri və üzvləri ) səfirləri və diplomatları, ABŞ-ın beyin mərkəzlərinin əməkdaşları, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icması iştirak edib.

Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan, ABŞ-ın Karolina Sülh Mərkəzinin qurucusu, əvvəllər də Azərbaycanda işləmiş və qaçqın və məcbur köçkünlərlə bağlı humanitar layihələrdə fəaliyyət göstərmiş Faysal Xan Xocalı Soyqırımı ilə bağlı çıxış etmişlər.
Anım tədbirində Xocalı soyqırımı zamanı Azərbaycanda olan, faciənin nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltzun səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış video müraciəti təqdim olunub. O, Xocalı ilə bağlı şahidi olduğu dəhşətləri və həmin tarixdə baş vermiş tarixi hadisələri qonaqların diqqətə çatdırıb. O, beynəlxalq müstəvidə Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. T.Qoltz “Azərbaycan Gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd edib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan muğamının tədqiqatçısı və “Amerika Muğam Cəmiyyəti”nin rəhbəri amerikalı Cefri Verbokun və “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin rəhbəri və tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik qərb və azərbaycanlı bəstəkarların əsərlərindən və muğamdan parçalar ifa olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR