Onlayn ictimai-siyasi qəzet
Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər.
“Report” xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb.
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ