İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Ukrayna məsələsində geri çəkildi: “ABŞ artıq vasitəçi olmayacaq”  


ABŞ Dövlət Departamentinin rəsmisi Təmmi Bryus bəyan edib ki, Birləşmiş Ştatlar artıq Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Bryus Dövlət Departamentində keçirilən brifinqdə çıxış edib.

O bildirib: “Biz vasitəçi olmayacağıq. Biz hər çağırışa cavab verərək dünyanın digər ucuna uçub görüşləri idarə etməyəcəyik. Bu gündən etibarən iş birbaşa tərəflər arasında aparılmalıdır”.

Təmmi Bryusun sözlərinə görə, ABŞ sülhün əldə olunması üçün səylərini davam etdirəcək, lakin münaqişənin həlli üçün konkret təşəbbüslər artıq Moskva və Kiyevdən gəlməlidir.

Bu açıqlama Vaşinqtonun Ukrayna məsələsində daha passiv mövqe tutmağa başladığını göstərir və tərəfləri birbaşa danışıqlara təşviq etməyə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR