Onlayn ictimai-siyasi qəzet
Vaşinqton ştatının dairə məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq bloklayıb.
Musavat.com xəbər verir ki, bu barədə Seattle Times məlumat yayıb.
Nəşr hakim Con Kofinourdan sitat gətirir: "Mən 40 ildən artıqdır ki, hakim skamyasındayam və verilən sualın cavabının daha aydın olduğu vaxtı xatırlamıram. Bu, açıq-aşkar konstitusiyaya zidd bir fərmandır".
Bazar ertəsi ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin axşam ABŞ vətəndaşlığının doğuş hüququ ilə verilməsini məhdudlaşdıran fərman imzalayıb. “Reuters”in məlumatına görə, sənəd qeyri-qanuni mühacirlərin uşaqlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın əmrinə etiraz etmək üçün ABŞ məhkəmələrinə müraciət edib. 18 ştat və Kolumbiya dairəsi Massaçusets məhkəməsinə, daha dörd ştat isə Vaşinqton əyalət məhkəməsinə müraciət edib.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ