İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasifin “Xaş hambal yeməyidir” sözlərinə Nüşabədən cavab

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı, Əməkdar artist Vasif Məhərrəmlinin “Xaş hambal yeməyidir” fikirlərinə münasibət bildirib.

Bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Ələsgərli sözügedən məsələ ilə bağlı fikirlərini bu sözlərlə nəql edib:

“Biz elə bir zamana gəlmişik ki, ağzından çıxan hər sözü bişirib sonra deməlisən. Çünki bu sonradan böyük reaksiyaya səbəb ola bilər. Bəli, tarixdən biz bilirik ki, “xaş” – tutumlu yeməkdir. İnsanın imkanı yoxdur ki, gün ərzində beş dəfə yemək yesin. Bir “xaşı” yeyəndə gün ərzində onun qarnını doydurdu. Məsələn “piti” yemək haqqında da belə deyirlər. O da tutumlu və qarın doyduran yeməkdir. Pitinin suyuna çörək doğrayıb yeyirlər. Bu olur “birinci” yemək. İçində olan digər məhsulları isə əzirlər – bu da olur “ikinci” yemək. Burada axı nə var? Tutumlu, doyumlu, vitaminli – gözəl yeməklərdir. Deyiliş forması pis olanda insanları qıcıqlandırır”.        (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR