İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun evinin polis tərəfindən mühafizəsi dayandırılıb? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun evinin polis mühafizəsi tərəfindən qorunması xidmətinin dayandırılması haqda xəbərlər yayılıb.

Musavat.com Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən polis mayoru Elvin Səfərli açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib.

"Naxçıvan MR Ali Məclisinin sədrinin evinin polis mühafizə xidməti tərəfindən qorunması davam edir. Bu barədə yayılan məlumat doğru deyil. Hazırda da mühafizə xidməti davam etməkdədir. Dünən yayılan xəbərlərdə adıçəkilən Hümbət Allahverdiyev bizdə mühafizənin komandiri vəzifəsində çalışır. O kiməsə belə bir göstəriş verməyib."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR